Ağsu çayının sahilində kişi meyiti tapılıb
Ağsuda Ağsu çayının sahilində yerləşən fermadakı vaqonda kişi meyiti tapılıb...
APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin araşdırmalar nəticəsində cəsədin 1957-ci il təvəllüdlü Mustafayev Fərhad Səməd oğluna məxsus olduğu müəyyən edilib.
Onun ürəktutmadan dünyasını dəyişdiyi ehtimal olunur. Cəsəd aidiyyatı üzrə təhvil verilib.
Araşdırma aparılır.
Poliqon.info