Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərovla vida mərasimi keçirilir

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əhliman Vahid oğlu Əsgərovun meyitinin qalıqları Şəmkir rayonuna gətirilib...

“Report”un Qərb bürosunun məlumatına görə, şəhidin nəşi Şəmkir rayonunun Mehrili kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Əhliman Vahid oğlu Əsgərov 1972-ci il sentyabrın 12-də Şəmkir rayonunun Mehrili kəndində anadan olub. O, 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

Ə.Əsgərov Mehrili kənd qəbiristanlığında dəfn olunacaq.

##galery##

Poliqon.info