Debatdan sonra demokratlar Baydeni başqa namizədlə əvəz etməyi düşünürlər

Politico: Demokratlar Trampla fəlakətli debatdan sonra Baydenin dəyişdirilməsini müzakirə edirlər...

ABŞ Demokratlar Partiyasının bir sıra nümayəndələri Donald Trampla debatda uğursuz çıxışı fonunda Co Baydenin dövlət başçısı postuna başqa namizədlə əvəzlənməsi imkanını müzakirə etməyə başlayıblar.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildirib ki, Baydenin çıxışı zamanı partiya üzvləri çaxnaşmaya düşüblər.

“Demokrat Partiyası “əvvəllər danışılması mümkün olmayan” məsələni, yəni dövlət başçısı postuna namizədin dəyişdirilməsini fəal müzakirə etməyə başlayıblar”, deyə nəşr yazır.

Demokratlar Partiyasından üç siyasi strateq Politico-ya bildiriblər ki, debatdan sonra Baydeni əvəz etmək çağırışları ilə “sözün həqiqi mənasında bombalanıblar”.

“Bayden getməlidir. Buna heç bir şübhə yoxdur”, deyə Demokrat Partiyasının ən böyük donorlarından biri bildirib.

Politico mənbələrinin fikrincə, demokratlar Baydenin Trampla debatdakı çıxışının hazırkı namizədin yaşı ilə bağlı şübhələri aradan qaldıracağına mərc ediblər, lakin debatda tam əksi baş verib.

Poliqon.info