Netanyahu: İran yeddi cəbhədə bizə qarşı müharibə aparır...

İran Səudiyyə Ərəbistanı da daxil olmaqla, bütün Yaxın Şərqi fəth etmək yolundadır...

Poliqon The Jerusalem Post qəzetinə istinadə xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu İranı Yaxın Şərqi fəth etməkdə ittiham edib.

“Tehran bizə qarşı yeddi cəbhədə müharibə aparır. HƏMAS, açıq-aydın “Hizbullah”, həmçinin Husilər, İraq və Suriyadakı milislər və terrorrist qruplaşmalar, İordan çayının qərb sahilindəki qrupıaşmalar və İranın özü İsrailə qarşı müharibə içindədir”, deyə baş nazir bildirib.

İsrailin baş naziri həmçinin iddia edib ki, Tehran İordaniyada mövcud hakimiyyəti devirmək istəyir.

Eyni zamanda Netanyahu qeyd edib ki, İranın məqsədi bütün proksi qüvvələri ilə eyni vaxtda İsraili raket və quru hücuma məruz qoymaqdır.

“Onların məqsədi bütün proksi qüvvələri ilə eyni vaxtda müxtəlif cəbhələrdən İsrailə raket və birləşmiş quru hücumu həyata keçirməkdir”, deyə İsrailin baş naziri vurğulayıb.

Netanyahunun sözlərinə görə, İran Səudiyyə Ərəbistanı da daxil olmaqla, bütün Yaxın Şərqi fəth etmək yolundadır.

Poliqon.info