Aİ Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayır

Avropa İttifaqı ölkələri xaricdə sabitliyi pozan hərəkətlərə cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar rejimi hazırlamağa razılaşıblar...

Poliqon xəbər verir ki, bu barədə Aİ-yə üzv ölkələrin iyun sammitinin yekunları üzrə birgə bəyanatında deyilir.

Bəyanatda qeyd ediilir ki, Aİ və onun tərəfdaşlarına qarşı yönəlmiş istənilən hibrid fəaliyyəti qəti şəkildə pislənilir. Bu cür fəaliyyətlərə misal olaraq “təhdid, təxribat, informasiya manipulyasiyası, dezinformasiya və kiber fəaliyyətlər və miqrantların üçüncü ölkələr tərəfindən alət kimi istifadəsi” daxildir.

“Rusiyanın xaricdə sabitliyi pozan hərəkətlərinə cavab olaraq, Avropa Şurası yeni sanksiyalar rejiminin yaradılması üçün işi davam etdirməyə çağırışını təkrarlayır. Avropa İttifaqı həmçinin üçüncü ölkələrin hibrid fəaliyyətlərini müəyyən etmək və onlara qarşı mübarizə aparmaq üçün tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirəcək”, deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, iyunun 24-də Aİ Rusiyaya qarşı sanksiyaların 14-cü paketini qəbul edib. Sanksiya siyahısına 116 hüquqi və fiziki şəxs daxil edilib.

Poliqon.info