Tramp: Rusiya bütün Ukraynanı işğal edə bilər...

Donald Tramp Rusiyanın daha çox Ukrayna ərazisinə nəzarət edəcəyindən ehtiyat edir...

Rusiya indiki münaqişə şəraitində Ukraynanın daha çox ərazisini, hətta bütün ərazisinə qədər nəzarəti ələ keçirəcək, çünki Kiyev bu toqquşmada açıq şəkildə uduzur.

Poliqon xəbər verir ki, bunu ABŞ-ın keçmiş lideri Donald Tramp Baydenlə CNN telekanalının efirində keçirilən debatda deyib.

“Ukrayna bu müharibədə qalib gəlmir. İnsanları tükənir. Onların əsgərləri tükənir. O qədər insan itiriblər. Çox kədərlidir”, deyə Tramp bildirib.

Bu vəziyyətdə Tramp ABŞ prezidenti Co Baydeni ittiham edərək bildirib ki, Ağ Evin indiki “sakini həddən artıq çox axmaq qərarlar” verib.

Tramp həmçinin növbəti dəfə qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynadakı münaqişəni həll edəcəyinə bir daha söz verib.

Həmçinin Donald Tramp teledebat zamanı ABŞ prezidenti Co Baydenin ölkəni üçüncü dünya müharibəsinə sürüklədiyini bildirib.

Poliqon.info