Baydenin debatda çıxışı demokratlar arasında panikaya səbəb olub...

CNN: Baydenin Trampla debatdakı çıxışı demokratlar arasında çaxnaşma yaradıb...

Demokratlar ABŞ prezidenti Co Baydenin keçmiş ABŞ lideri Donald Trampla teledebatda çıxışı ilə bağlı çaxnaşma içindədirlər.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-ın keçmiş prezidenti Barak Obamanın müşavirinə istinadən məlumat yayıb.

“Bu, Co Baydendən gözlədiyimiz şey deyildi və bir çox insanı incitdi. Söhbət təkcə çaxnaşma ilə bağlı deyil, bu gün gördüklərimiz ağrıya səbəb oldu”, deyə müşavir bilidirib.

Qeyd edək ki, alman iş adamı Kim Dotkom sosial şəbəkələrdə ABŞ-ın hazırkı prezidenti Co Baydenin bacılarının başqa qadınlara təcavüz etməsi ilə bağlı açıqlaması Demokratik Partiyasını rüsvay etdiyini yazıb.

Xatırladaq ki, Bayden və Tramp ilk seçki debatlarına Corciya ştatının Atlanta şəhərində əl sıxmadan başlayıblar. Onlar tamaşaçılara ABŞ-ın 46-cı və 45-ci prezidentləri kimi təqdim edilib.

Poliqon.info