ABŞ amerikalıları Livandan təxliyə etməyə hazırlaşır

Pentaqon zərurət yaranarsa, ABŞ vətəndaşlarını Livandan təxliyə etmək üçün ABŞ qoşunlarını İsrail-Livan sərhədinə yaxınlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb. Telekanal xəbər verir ki, bu qərar İsraillə Livan “Hizbullah” hərəkatı arasında gərginliyin artması fonunda verilib.

İyunun 26-da ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Wasp” desant gəmisi və xüsusi əməliyyatlarla məşğul olan 24-cü dəniz ekspedisiya dəstəsinin Aralıq dənizinə köçürüldüyü dəqiqləşdirilir. Amerika desant gəmisi dok “Oak Hill” də orada yerləşir. Bundan əlavə, ABŞ müttəfiqləri ilə evakuasiyanı birgə koordinasiya edə bilmək üçün danışıqlar aparır.

ABŞ İsrailin yaxın həftələrdə Livana qurudan hücuma başlaya biləcəyindən ehtiyat edir. İyunun 18-də İsrail ordusu “Hizbullah”ın davam edən hücumları səbəbindən Livanda əmıliyyat üçün döyüş planının təsdiqləndiyini açıqlayıb. Bu xəbərin fonunda əcnəbilər Livanı tərk etməyə başlayıblar.

Poliqon.info