Bayden və Tramp bir-birlərinin əlini sıxmadan debata başlayıblar

ABŞ prezidenti Co Bayden və keçmiş ABŞ lideri Donald Tramp Corciya ştatının Atlanta şəhərində ilk seçki debatlarına əl sıxmadan başlayıblar...

Poliqon xəbər verir ki, ABŞ prezidentliyinə iki əsas namizədin debatı CNN telekanalında yayımlanıb.

Hazırkı dövlət başçısı studiyaya əvvəlcə daxil olub, ardınca isə Tramp səhnəyə qalxıb. Onlar tamaşaçılara ABŞ-ın 46-cı və 45-ci prezidentləri kimi təqdim edilib.

Qeyd olunur ki, 2020-ci ildə əvvəlki prezidentlik yarışının ilk teledebatında da onlar bir-birlərinin əlini sıxmayıblar.

Yarışçılar podiumun arxasında təxminən 2 m məsafədə durublar, onlara köməkçilərlə ünsiyyət qurmaq qadağan olunub və onların yazılı qeydləri olmayıb. Namizədlər növbə ilə danışıblar, son söz isə Donald Trampa verilib. Debat zamanı iki reklam fasiləsi olub.

Qeyd edək ki, ABŞ-da yeni prezident seçkiləri noyabrın 5-nə təyin edilib.

Poliqon.info