Tramp Putinin Ukrayna ilə bağlı təkliflərini qəbuledilməz hesab edib

Donald Tramp Vladimir Putinin münaqişənin həlli ilə bağlı təkliflərini qəbuledilməz adlandırıb...

Poliqon xəbər verir ki, Tramp bunu CNN tərəfindən yayımlanan Co Baydenlə seçki debatı zamanı deyib. Həmçinin sabiq prezident iddia edib ki, o, vəzifəsində qalsaydı, Rusiya Ukraynada hərbi əməliyyata başlamazdı.

Donald Tramp əmin olduğunu bildirib ki, əgər ABŞ-da Putinin hörmət etdiyi “əsl prezident” olsaydı, Rusiya hərbi əməliyyatı başlamazdı. Onun sözlərinə görə, döyüşlər zamanı bilinəndən daha çox insan həlak olub.

Tramp Baydeni Amerika qoşunlarını Əfqanıstandan çıxardığına görə də tənqid edib.

Co Bayden isə öz növbəsində Rusiya prezidentini “müharibə cinayətkarı” adlandırıb və Vladimir Putinin SSRİ-ni bərpa etmək istədiyini bildirib. Bayden bir daha bildirib ki, Rusiyanın fəaliyyəti dayandırılmasa, digər Avropa ölkələrinə də hücum olacaq.

Poliqon.info