Politoloq: Ermənistanın siyasi rəhbərliyi Rusiyanı aşağılamaq istəyirsə...

Mariya Zaxarova Qriqoryanı hədəf alarkən, əslində Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər söyləməyibmi?..

İlyas Hüseynov: “Azərbaycan əsgəri hər bir qarış torpaq uğrunda can verib. Bu gün tamamilə həqiqətdən uzaq, reallıqları əks etdirməyən fikirləri söyləmək həqiqətləri danmaq deməkdir”.

“Qriqoryanın fikirlərinə müxtəlif münasibətlər bildirildi. Həmçinin, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Armen Qriqoryana cavab verib. Qeyd edim ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üzərindən bu polemikanın getməsi heç də yaxşı hal deyil”.

Bu sözləri politoloq İlyas Hüseynov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağ haqqında fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağın itirilməsinə görə Moskvanı günahlandırmasına cavab verərək bildirib ki, Qriqoryan öz əraziləri uğrunda savaşan və canlarını verən erməniləri aşağılayıb.

Zaxarova Qriqoryanı hədəf alarkən, əslində Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər söyləməyibmi? Demək olarmı ki, Zaxarova açıqlamasıyla Azərbaycan torpaqlarını işğal edənlərdən qəhrəman obrazı yaradıb?

Poliqon-un əməkdaşı mövzunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Biz dəfələrlə görmüşük ki, Ermənistanın baş naziri sülhə yönəlik fikirlər söyləyəndə sonra Armen Qriqoryan onun bütün fikirlərini birə-bir təkzib etməklə məşğul olub”.

Burada Rusiyanın adının çəkilməsi və sanki Qarabağın Ermənistandan ayrılaraq Azərbaycana verilməsi kimi fikirlərin tamamilə yanlış olduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, Azərbaycan torpaqlarını azad etmək üçün 3 minə yaxın şəhid verib:

“Qeyd edim ki, Ermənistanda anti-Rusiya ritorikası günü-gündən güclənir və biz müxtəlif yanaşmalarda, fikirlərdə bunu aydın şəkildə görürük. Eyni zamanda, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın müsahibəsi kifayət qədər rezonans doğurub. Qriqoryanın söylədiyi fikirlər tamamilə yersizdir. Ermənistan Təhlükəsizlik Şurasının katibi həm Rusiyanı, həm də Azərbaycanı hədəfə alıb.

Qriqoryanın fikirlərinə müxtəlif münasibətlər bildirildi. Həmçinin, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Armen Qriqoryana cavab verib. Digər tərəfdən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üzərindən bu polemikanın getməsi heç də yaxşı hal deyil. Azərbaycan əsgəri hər bir qarış torpaq uğrunda can verib. Bu gün tamamilə həqiqətdən uzaq, reallıqları əks etdirməyən fikirləri söyləmək həqiqətləri danmaq deməkdir.

İlyas Hüseynov: “Əgər ölkədə Ermənistanın siyasi rəhbərliyi Qərbə inteqrasiya yönündə Rusiyanı aşağılamaq, Rusiyanı mənfi məcrada göstərmək niyyətini güdürsə, burada da Azərbaycanın adını çəkməsin, Azərbaycanla bağlı heç bir fikir söylənilməsin”.

Yaxşı olardı ki, Armen Qriqoryan belə yanaşmaları ilə sülh prosesini pozmasın. Biz dəfələrlə görmüşük ki, Ermənistanın baş naziri sülhə yönəlik fikirlər söyləyəndə sonra Armen Qriqoryan onun bütün fikirlərini birə-bir təkzib etməklə məşğul olub. Bu gün də eyni hal müşahidə olunur. Azərbaycan ordusunun qəhrəmanlığına da bu fikirlər kölgə salır. Azərbaycan özü BMT qətnamələrini hərbi-siyasi yolla həyata keçirib. Beynəlxalq hüquq və bütün dünya bilirdi ki, müharibə Azərbaycan torpaqlarında gedir və Azərbaycan işğalda olan torpaqlarını azad edir.

Burada Rusiyanın adının çəkilməsi və sanki Qarabağın Ermənistandan ayrılaraq Azərbaycana verilməsi kimi fikirlər tamamilə yanlışdır. Azərbaycan torpaqlarını azad etmək üçün 3 minə yaxın şəhid verib. 10 minə yaxın bizim müharibə iştirakçıları və qazilərimiz var. Bu rəqəmləri görməzdən gələrək anti-Rusiya ritorikasını Armen Qriqoryan genişləndirmək istəyirsə, Azərbaycanın adını tutmasın. Azərbaycan ordusu öz gücünü göstərib və lazım gəlsə, yenə də göstərəcək.

Əgər ölkədə Ermənistanın siyasi rəhbərliyi Qərbə inteqrasiya yönündə Rusiyanı aşağılamaq istəyirsə, Rusiyanı mənfi məcrada göstərmək niyyətini güdürsə, burada da Azərbaycanın adını çəkməsin, Azərbaycanla bağlı heç bir fikir söylənilməsin”.

Nərminə UMUDLU Poliqon.info