Göygöldə Birinci Qarabağ müharibəsinin şəhidi Ucar Zeynalovla vida mərasimi keçirilir

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ucar Fidail oğlu Zeynalovun meyitinin qalıqları Göygöl rayonuna gətirilib...

“Report”un Qərb bürosunun məlumatına görə, şəhidin nəşi Göygöl rayonunun Pənahlılar kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Ucar Fidail oğlu Zeynalov 1973-cü il martın 5-də Göygöl rayonunun Pənahlılar kəndində anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.

U.Zeynalov Göygöl rayonunun Pənahlılar kəndində dəfn olunacaq.

Poliqon.info