Bu günə qədər 64 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib

2022-2024-cü illərdə təşkil edilmiş təhsilverənlərin sertifikatlaşdırması imtahanlarında 64.5 min müəllim iştirak edib...

Poliqon xəbər verir ki, bunu Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, ibtidai sinif; Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırılmasının hər iki mərhələsi, riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşdırılmasının isə birinci mərhələsi başa çatıb.

Poliqon.info