“Müslüm Maqomayev haqqında xatirələr”

“Salnamə” studiyasında çəkilmiş film dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevə həsr olunub
Oktyabrın 24-də Nizami Kino Mərkəzində Xalq Artisti Tofiq İsmayılovun “Müslüm Maqomayev haqqında xatirələr”sənədli filminin təqdimatı olacaqANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Salnamə” studiyasında çəkilmiş film dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevə həsr olunub.Azərbaycanın və Rusiyanın görkəmli sənət adamlarının, Müslüm Maqomayevin yaxın dostlarının onun haqqında xatirələrinin, sənətkarın ən gözəl ifalarının, ilk dəfə nümayiş olunacaq kinoxronika kadrlarının yer aldığı filmin ssenari müəllifi və rejissoru Tofiq İsmayılov, musiqi məsləhətçisi Tamara Sinyavskaya, səs rejissoru Azad Vəliyev, operatorları Rafiq Quliyev, İqor Boqdanov, Ziya Babayev, Andrey Lebedev, Anatoli Petrov, musiqi redaktoru Sevinc Rzayeva, redaktoru Ramiz Əliyev, icraçı prodüserləri Kamil Məmmədov və Tofiq Musayevdir.