Ronaldo karyerasında ilk dəfə qrup mərhələsini qolsuz başa vurub

Kriştianu Ronaldo karyerasında ilk dəfə avro və ya dünya çempionatının qrup mərhələsində qol vura bilməyib...

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun Gürcüstanla oyunundan sonra meydanı qolsuz tərk edib.

Poliqon xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) statistikasına əsasən, 39 yaşlı forvard peşəkar karyerasında ilk dəfə qrup mərhələsində böyük turnirdə (Dünya və ya Avropa çempionatı) qol vurmayıb. Ronaldo 2004-cü il Avropa Çempionatına qədər böyük turnirlərdə davamlı olaraq ən azı bir qol vurub.

Xatırladaq ki, Portuqaliyanın Gürcüstanla görüşü 2:0 hesabı ilə gürcülərin xeyrinə başa çatıb.

Poliqon.info