ABŞ-da 2024-cü ildə 8-ci edam həyata keçirilib

Texas sakini Ramiro Qonzales 2001-ci ildə törətdiyi qətlə görə iynə vurularaq edam edilib...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd olunur ki, 2006-cı ildə Qonsales 18 yaşlı qıza qarşı cinsi təcavüzdə və onu öldürməkdə təqsirli bilinib.

Qonsalesin vəkilləri, müvəkkilinin hökm çıxarıldıqdan sonra bircə dəfə də zorakılıq hərəkəti etmədiyini və ya zorakılıq riski altında olduğunu və həbsxananın həyatına müsbət töhfə verdiyini iddia edərək, edamın ləğv edilməsiniistəyib.

Lakin ittiham tərəfi Qonsalesin gələcəkdə cəmiyyət üçün "təhlükə törədəcəyini" təkid edib.

Ramiro Qonsalesin edamı 2024-cü ildə ABŞ-da səkkizinci edam olub.

Poliqon.info