Boliviyada çevriliş cəhdində iştirak edənlərin hamısı saxlanılmayıb

Boliviya Daxili İşlər Nazirliyi çevriliş cəhdində əli olanların həbsindən danışıb...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Boliviya Daxili İşlər naziri Karlos del Kastillo ölkə polisi dövlət çevrilişinə cəhddə iştirak edən iki generalı saxlanıldığını, eyni zamanda bir qrup şəxsin də şübhə altında qaldığını bildiriib.

DİN rəhbərinin sözlərinə görə, bir qrup şəxs barəsində araşdırma aparılacaq.

“Bütün təfərrüatlar dəqiqləşən kimi onlara hökm veriləcək ki, bir daha belə hal olmasın”, deyə nazir vurğulayıb.

Del Castillo əlavə edib ki, Boliviya Hərbi Dəniz Qüvvələrinin həbsdə olan keçmiş rəhbəri Xuan Arnes Salvador ölkə vətəndaşlarının artıq “macəralı dövlət çevrilişlərini və boliviyalılar arasında toqquşmaları istəmədiyini başa düşmür.

Qeyd edək ki, Boliviyada dövlət çevrilişinə cəhd nəticəsində azı 9 nəfərin yaralandığı məlum olub.

Xatırladaq ki, bir gün əvvəl ordu komandanı vəzifəsindən uzaqlaşdırılan general Xuan Xose Suniqanın rəhbərliyi altında iyunun 26-da bir qrup Boliviya əsgəri paytaxt La Pazda hökumət binası qarşısındakı meydanı zəbt edib.

Boliviya prezidenti Luis Arce bu hərbi əməliyyatı dövlət çevrilişinə cəhd adlandırıb və silahlı qüvvələrin yeni rəhbərliyi isə and içib. Yeni ordu komandiri Xose Vilson Sançes Velaskes bütün hərbi qulluqçulara öz hərbi mövqelərinə qayıtmağı əmr edib.

Poliqon.info