Ryabkov: Qərb Rusiya ilə münasibətlərdə geri dönüşü olmayan nöqtəyə yaxınlaşır...

Xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya ilə Qərb arasında münasibətlərin geri dönüş nöqtəsindən danışıb...

Poliqon “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, Moskva anti-Rusiya sanksiyalarına cavab olaraq Qərb ölkələri ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq imkanını nəzərdən keçirir. Bu barədə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib.

Diplomat belə qərarların ən yüksək səviyyədə verildiyini xatırladıb.

“İndi diplomatik münasibətlərin səviyyəsinin aşağı salınmasını ehtiva edən həll yolu mümkündürmü? Deyə bilərəm ki, bu, nəzərdən keçirilən mövzudur və bütün bunlar öyrənilir”, deyə diplomat vurğulayıb.

Ryabkovun fikrincə, Qərb ölkələri ilə kommunikasiya kanalları qalmalıdır. Lakin Ryabkov hesab edir ki, Qərb Rusiyaya qarşı özünü geri dönüşü olmayan nöqtəyə yaxınlaşdırır.

Poliqon.info