BMT-nin baş katibi Boliviyadakı vəziyyəti şərh edib

Antonio Quterreş Boliviyada konstitusiya quruluşunu qorumağa çağırıb...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Boliviyada hərbi çevrilişə cəhdlə bağlı narahatlığını ifadə edib və ölkədə konstitusiya nizamını qorumağa çağırıb.

Bəyanatda qeyd olunur ki, BMT-nin baş katibi silahlı qüvvələr də daxil olmaqla cəmiyyətin bütün fəal qüvvələrini konstitusiya quruluşunu müdafiə etməyə və dinc mühiti qorumağa çağırır.

Qeyd edək ki, Boliviyada da ordunun keçmiş komandiri general Xuan Xose Suniqa saxlanılıb. General əmrində olan hərbçiləri paytaxtda hökumət binası qarşısındakı meydana aparıb və dövlət çevrilişinə cəhd edib.

Boliviya prokurorluğu general Suniqa və çevriliş cəhdinin digər iştirakçılarına qarşı cinayət işi açıb.

Poliqon.info