Azərbaycanı VIII Beynəlxalq İdman Oyunlarında 8 atlet təmsil edəcək

Azərbaycanı Rusiyanın Yakutsk şəhərində keçiriləcək “Asiya Uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 8 atlet təmsil edəcək...

Bu barədə Azərbaycan Atletika Federasiyasından məlumat verilib.

Fəxri kürsüdə Səlma Ağabəyova (100 m, 4x100 m, 4x400 m), Safiya Kərimova (100 m, 200 m, 4x100 m, 4x400 m), Fidan Osmanova (200 m, 4x100 m, 4x400 m), Mələk Hüseynova (uzunluğa tullanma, 4x100 m, 4x400 m), Mehdi Abbaszadə (100 m, 200 m, 4x100 m), Ümid Xudaverdiyev (200 m, 400 m, 4x100 m, yakut tullanmaları), Şamxal Həsənzadə (uzunluğa tullanma, 4x100 m) və Ramil İsmayılov (uzunluğa tullanma, üçtəkanla tullanma, yakut tullanmaları, 4x100 m) yer almağa çalışacaq.

Qeyd edək ki, yarışın açılışı iyunun 26-da, bağlanış mərasimi isə iyulun 6-da keçiriləcək.

Poliqon.info