Terror aktından sonra Dağıstanın bütün məmurlarıyoxlanılacaq

Dağıstanda bütün səviyyələrdə olan məmurların, o cümlədən xalq deputatlarının şəxsi işlərinin yoxlanılması həyata keçiriləcək...

Poliqon RBK-ya istinadən xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Melikov yerli parlentdə çıxışında bildirib. Yoxlama bir neçə mərhələdə baş tutacaq.

“Mən Dağıstanda hazırda rəhbər vəzifələrdə çalışan hər kəsin, o cümlədən xalq deputatlarının şəxsi işlərinin yoxlanılması ilə bağlı göstəriş vermişəm. Kimsə bunu parlament etikasının pozulması hesab edirsə, üzr istəyirəm. Mən bu qərara görə tam məsuliyyət daşımıram”, deyə Dağıstanın rəhbəri Sergey Melikov deyib.

Sergey Melikov təsdiqləyib ki, hücum edənlər arasında Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun qohumları olub.

“Rayon rəhbəri övladlarına tərbiyə verə bilmirsə, bələdiyyəyə necə rəhbərlik edə bilərdi? Bu qrupun üzvlərini yoxlayın. Hamısı varlıdır, hamısının yaxşı perspektivləri var. Onlar idmanda, biznesdə, yaxşı vəzifələrdə təmsil olunublar”, deyə Sergey Melikov bildirib.

Qeyd edək ki, Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun iki oğlu iyunun 23-də Mahaçqalada sinaqoq, kilsə və polis əməkdaşlarına hücumda iştirak edib. Mahaçqala və Dərbənddə 21 nəfər hücumun qurbanı olub, onlardan 16-sı polis əməkdaşı olub. Ömərov qardaşları hadisə yerində öldürülüblər.

Poliqon.info