Sumqayıtda müəssisədə baş verən kütləvi zəhərlənmə ilə bağlı rəsmi açıqlama 

"Sumqayıtda dezinfeksiyadan zəhərlənən yeddi nəfərdən ikisi Kliniki Tibbi Mərkəzə təxliyə olunublar".

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Məlumatda bildirilir ki, 24.06.2024-cü il tarixində saat 12:30-dan etibarən 7 nəfər (qadın) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

"Həmin şəxslərə inhalyasiyon zəhərlənmə diaqnozu təyin edilib və zəruri tibbi yardımlar göstərilib. Onlardan 2 nəfər (1981-ci il təvəllüdlü şəxslər) Kliniki Tibbi Mərkəzə təxliyə olunublar. Digər şəxslər isə göstərilən tibbi yardımlardan sonra ambulator müalicə üçün evə buraxılıblar".

Poliqon.info