Bu gün İranda teledebatın sonuncu günüdür

İranda iyunun 25-də günorta prezidentliyə namizədlərin beşinci - sonuncu teledebatı olacaq...

“Report” xəbər verir ki, məlumatı “Nournews” yayıb.

Məlumata görə, indiyədək prezidentliyə namizədlərin iqtisadiyyat, sosial, mədəniyyət və siyasi məsələlər üzrə dörd dəfə teledebatı olub. İyunun 25-də isə debat “Hökumətin səmərəliliyi”nə həsr olunacaq.

İranın Mədəniyyət və İrşad nazirliyinin məlumatına əsasən, iyunun 28-də keçiriləcək prezident seçkisini xarici ölkədən olan 500 jurnalist işıqlandıracaq.

Onların arasında Avstriya, Almaniya, ABŞ, Azərbaycan, Böyük Britaniya, İtaliya, Çin, Cənubi Koreya, Şimali Koreya, Türkiyə, Fransa, Rusiyadan olan KİV nümayəndələri də var.

Poliqon.info