Rusiya İranla əməkdaşlıq müqaviləsi imzalayacaq

Xarici İşlər Nazirliyi: Rusiya İranla əməkdaşlıq müqaviləsi imzalamağa hazırdır...

Rusiya İranla əməkdaşlıq müqaviləsi imzalamağa hazırdır, artıq sənəddə bütün lazımi ifadələr öz yerini alıb.

Poliqon xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Andrey Rudenko “RİA Novosti” Agentliyinə müsahibəsində bildirib.

“Mətn üzərində iş artıq yekunlaşmaq üzrədir. Bütün lazımi ifadələr öz yerini alıb”, deyə Rudenko bildirib. Diplomatın sözlərinə görə, indi iki ölkənin əsas vəzifəsi bu cür sənədlərin imzalanması ilə bağlı müəyyən prosedurları başa çatdırmaqdır.

Qeyd edək ki, iyunun ortalarında Rusiya və İranın bu ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmini təxminən bir yarım dəfə (48 faiz) artırdığı bildirilib. Rusiyadan İrana tədarük illik müqayisədə 77 faiz, əks istiqamətdə isə 13 faiz artıb.

Poliqon.info