Avstraliyanın baş naziri Assancın evə qayıtmasını alqışlayıb

Avstraliyanın baş naziri Albanese Culian Assancın vətənə qayıtmasını çoxdan istədiyini bildirib...

Avstraliya “WikiLeaks” platformasının azad edilmiş qurucusu Culian Assancın evə qayıtmasını alqışlayır.

Poliqon xəbər verir ki, bunu Avstraliyanın baş naziri Entoni Albanese ABC telekanalında deyib.

“Onun bundan sonrakı həbsi heç bir fayda verməyəcəkdi və biz onun Avstraliyaya vətənə qayıtmasını istəyirik. Onun işi çox uzun çəkdi və mən düşünürəm ki, o cəzasını ödəyib”, deyə Avstarliyanın Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.

Qeyd edək ki, Culian Assanc dünya şöhrətini “WikiLeaks” platformasının yaratması sayəsində qazanıb. Bu portalda yüz minlərlə məxfi sənədlər, dipıomatların yazışmaları, o cümlədən Bağdadda Amerika helikopterinə hücum nəticəsində İraq vətəndaşları arasında itkilərin video yazıları dərc edilib.

Poliqon.info