Yeni, çox davamlı və elastik ola bilən material yaradılıb...

Alimlər tərəfindən yaradılmış və “şüşəli gel” adlandırılan çox davamlı və eyni zamanda elastik material öz orijinal formasını bərpa edə bilir...

Poliqon xəbər verir ki, alimlərin apardıqları tədqiqatın nəticələri Nature jurnalında dərc edilib.

Yeni material yarı maye olmasına baxmayaraq, onu məhv etmək çətindir. Alimlərin fikrincə, materialın bir çox sahədə istifadəsi mümkün ola bilər və bu materila sərt, kövrək, yumşaq, ya da asanlıqla qırılan adi plastikdən üstündür.

Təcrübələr göstərib ki, yeni meterial şüşə kimi polimerlər kimi sərt, lakin daha davamlı və elastikdir. Hətta yeni material orijinal ölçüsündən 5 dəfəyə qədər uzana bilər və sonradan əvvəlki formasını bərpa etmək qabiliyyətinə sahibdir.

Poliqon.info