Mayk Pens: Assancın azadlığa buraxılması ədalətin pozulmasıdır...

ABŞ-ın keçmiş vitse-prezidenti Assancın azadlığa buraxılmasını səhv adlandırıb...

“WikiLeaks”in qurucusu Culian Assancın həbsdən azad edilməsi ədalətin pozulmasıdır.

Poliqon xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens X sosial şəbəkəsində yazıb.

“Hərbçilərimizin təhlükəsizliyini və ya ABŞ-ın milli təhlükəsizliyini təhdid edənlərlə heç bir razılaşma olmamalıdır” deyə sabiq vitse-prezident qeyd edib.

Xatırladaq ki, jurnalist Culian Assanc 1901 gün dörd divarlar arasında qaldıqdan sonra Böyük Britaniyanın Belmarş yüksək rejimli həbsxanasından azadlığa buraxılıb. Assanc Londondan təyyarə ilə Avstraliyaya uçub.

Poliqon.info