Taker Karlson Assancın azadlığa buraxılmasını şərh edib

Taker Karlson hesab edir ki, Assancın azad edilməsi hadisələrin gedişatını dəyişib...

Amerikalı jurnalist Taker Karlsonun fikrincə, “WikiLeaks” platformasının yaradıcısı Culian Assancın həbsdən azad edilməsi tarixin gedişatını dəyişib.

Poliqon xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkələrdə yazıb.

“Yaxşı insan nəhayət azaddır. Dalğa geri döndü”, deyə Karlson “WikiLeaks”in qurucusunun hıbsdən azad olunmasını şərh edib.

Bundan əvvəl sosial şəbəkələrdəki “WikiLeaks” hesabları Culian Assancın Britaniya həbsxanasından azad edildiyini, oradan vətəni Avstraliyaya göndərildiyini bildirilib.

“WikiLeaks”in qurucusu ilə amerikalı prokuror arasında mümkün sövdələşmə barədə məlumat da verilib və o, artıq çəkilmiş cəza müqabilində günahını qismən etiraf edəcək.

“WikiLeaks”in qurucusunun həyat yoldaşı Stella Assanc jurnalistin azad edilməsində kömək edən hər kəsə minnətdarlığını bildirib.

CBS telekanalının məlumatına görə, bu sövdələşmə Culian Assancla bağlı bütün hüquqi problemləri tamamilə həll etməlidir. Telekanal bildirib ki, yekun qərar çərşənbə günü ABŞ-ın Sakit okeandakı ərazisi olan Şimali Mariana adalarının Federal Dairə Məhkəməsində veriləcək.

Poliqon.info