ABŞ iyunun 25-də Ukraynaya 150 milyon dollarlıq yeni yardım paketini açıqlayacaq

İyunun 25-də Birləşmiş Ştatlar Ukraynaya 150 milyon dollar dəyərində yeni hərbi yardım paketini elan edəcək...

Poliqon xəbər veirir ki, bu barədə Associated Press Agentliyi iki amerikalı rəsmiyə istinadən məlumat yayıb. Agentlik qeyd edir ki, paketə “kritik ehtiyac duyulan” sursatlar daxildir.

AP-nin məlumatına görə, yeni paket HIMARS çoxsaylı buraxılış raket sistemi mərmiləri, 105 və 155 mm-lik artilleriya mərmiləri, tank əleyhinə silahlar, atıcı silahlardan atəş və qumbaraatanlardan ibarətdir. Mənbələr uzun mənzilli ATACMS raketlərinin yardım paketinə daxil olub-olmayacağına cavab verə bilməyiblər.

ABŞ-ın Ukraynaya yardım paketi sonuncu dəfə iyunun 7-də açıqlanıb. Daha sonra ABŞ prezidenti Co Bayden Parisdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. 225 milyon dollarlıq yardım paketinə döyüş sursatı, minaatan sistemləri və artilleriya mərmiləri daxil olub.

Mayın 24-də Pentaqon Ukraynaya 275 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib ki, bu paketə HIMARS raket sistemləri üçün 155 mm və 105 mm-lik artilleriya mərmiləri və sursat daxil olub. Mayın 10-da Bayden Ukraynaya 400 milyon dollar hərbi yardım göstərilməsi barədə göstəriş verib.

Poliqon.info