"Eldənizdən geriyə iki balası qaldı" - Video

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polis kapitanı Eldəniz Məmmədov Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib...

Dəfn mərasimində polis kapitanının ailə üzvləri, doğmaları, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.

"Balaca qardaşım dedi ki, ürəyimə damıb, Eldənizlə bağlı problem var. Əlaqə saxlamağa çalışdıq, zəng çatmadı. Sonra hadisə barədə məlumat aldıq. Çox ürəkli oğlan idi. Eldənizdən geriyə iki balası qaldı", - deyə qardaşı Elmir Məmmədov Baku TV-yə açıqlamasında bildirib.

Poliqon.info