Pakistanda isti hava və rütubət bir gündə ondan çox adamı öldürdü

Pakistanın Kəraçi şəhərində son 24 saatda həddindən artıq istilər nəticəsində 14 nəfər həyatını itirib...

Ölkənin bəzi bölgələrində havanın temperaturu 53 dərəcəni göstərib, Kəraçidə isə 76% rütubətlilik fonunda 45 dərəcə isti olub.

Nəticədə şəhərdə 25-45 yaşlarında olan 14 nəfər ölüb.

İnsanlara vacib hallar istisna olmaqla, evlərini tərk etməmələri, bol maye içmələri və səyahət etməmələri barədə xəbərdarlıq edilib.

Pakistan Meteorologiya Departamenti temperaturun daha da arta biləcəyini bildirib.(Haber Global)

Poliqon.info