Avropa Komissiyası Telegram-a qarşı araşdırma başlatmağa hazırlaşır

Avropa Komissiyadı istifadəçilərin sayı ilə bağlı qeyri-dəqiq məlumatlar təqdim etdiyinə dair şübhələrdən sonra "Telegram" messencerinə qarşı təhqiqat başlatmağa hazırlaşır...

Poliqon "Süddeutsche Zeitung"a istinadən xəbər verir ki, bu barədə Avropa Dəyərləri və Şəffaflıq üzrə Avropa Komissarı Vera Jorova danışıb.

"Mən "Telegram"a etibar etmirəm. Onların cəmi 42 milyon istifadəçisi olduğuna inana bilmirəm. Biz komissiyada əminik ki, xidmətin çoxdan 45 milyondan çox istifadəçisi var. Avropa Komissiyası indi araşdırmaya başlayıb-başlamamağımızı yoxlayır", deyə Jurova bildirib.

İyunun 2-də Avropa Komissiyasının rəhbərinin müavini Vera Jurova "Bloomberg"ə müsahibəsində bildirib ki, AK messencerin iş prinsipini öyrənmək üçün Avropa İttifaqına (Aİ) üzv olan ölkələrdən "Telegram" istifadəçilərinin sayını yoxlayacaq. Onun sözlərinə görə, "Telegram"ın rəsmi məlumatlarına görə, onun Avropa İttifaqından 42 milyon qeydiyyatdan keçmiş istifadəçisi var.

Onun sözlərinə görə, əgər istifadəçilərin faktiki sayı göstəriləndən çox olarsa, o zaman Avropa Komissiyası "Telegram"ı dərindən öyrənməli" olacaq. Jurova xatırladıb ki, rəqəmsal xidmətlər haqqında qanuna əsasən, platformalar dezinformasiyanın yayılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə mübarizə aparmaq öhdəliyi götürür.

Poliqon.info