Çin ABŞ-ı iqtisadi məsələlərdən silah kimi istifadə etməməyə çağırıb

Çin Xalq Respublikasının Ticarət Nazirliyi ABŞ-ı iqtisadi məsələlərdən silah kimi istifadə etməməyə çağırıb...

Çinə sərmayələri məhdudlaşdırmağı təklif edən Birləşmiş Ştatlar ticarət və iqtisadi əlaqələrdən silah kimi istifadə etməyi dayandırmalıdır, və Vaşinqton bazar iqtisadiyyatının fəaliyyət qanunlarına hörmət etməlidir.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin bəyanatında deyilir.

“Birləşmiş Ştatlar bazar iqtisadiyyatı qanunlarına və ədalətli rəqabət prinsiplərinə hörmət etməli, ticarət və iqtisadi məsələləri siyasiləşdirməyə və silah kimi istifadə etməyə son qoymalıdır”, deyə Departamentin bəyanatında deyilir.

Çin tərəfi həmçinin ABŞ-ı ölkəyə qoyulan investisiya məhdudiyyətlərini aradan qaldırmağa, eləcə də iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq üçün məqbul şərait yaratmağa çağırıb.

Pekin Çin və ABŞ arasında mövcud vəziyyətdən narahat olduğunu və cavab addımları atmaq hüququnu özündə saxladığı vurğulayıb.

Poliqon.info