Orban: Rusiya Avropa təhlükəsizlik sisteminin bir hissəsinə çevrilə bilər...

Macarıstanın baş naziri hesab edir ki, ABŞ Ukraynada dərhal atəşkəs üçün təşəbbüslə çıxış etməlidir...

Macarıstan hökumətinin başçısı Viktor Orban bildirib ki, Rusiya Avropa təhlükəsizlik sisteminin bir hissəsi ola bilər və olmalıdır.

Poliqon xəbər verir ki, bu barədə Orban Almaniyanın “Funke” media qrupuna müsahibəsində bildirib.

“Biz illüziya yaratmamalıyıq: Rusiya fərqlidir, onun sistemi və cəmiyyəti avropalı deyil”, deyə Macarıstanın baş naziri qeyd edib.

Orbanın fikrincə, Rusiya sistemi hərbi gücə əsaslanır, Avropa sistemi isə azaddır. "

“Ancaq Rusiya Avropa təhlükəsizlik sisteminin bir hissəsi ola bilər və olmalıdır”, dyə Orban əlavə edib.

Bundan əlavə, Macarıstanın baş naziri hesab edir ki, ABŞ Ukraynada dərhal atəşkəs üçün təşəbbüslə çıxış etməlidir.

Poliqon.info