İsrail Rəfahda HƏMAS-la döyüşlərin bitdiyini elan edib

İsrailin baş naziri Netanyahu Rəfahda HƏMAS ilə döyüşlərin bitdiyini açıqlayıb...

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağının Rəfah şəhərində radikal Fələstinin HƏMAS hərəkatı ilə aktiv döyüşlərin mərhələsinin tezliklə başa çatacağını bildirib.

Poliqon xəbər verir ki, hökümət başçısı bu barədə İsrail televiziyasının 14-cü kanalına müsahibəsində bildirib.

Netanyahu Qəzza zolağında döyüşlərin gərgin mərhələsinin “çox yaxında” başa çatmasının gözlənildiyini açıqlayıb.

Baş nazirin qeyd edib ki, döyüşlərin intensivliyi azalarsa, İsrail əməliyyatı dayandırmayacaq və HƏMAS-ı məhv etməyə çalışacaq.

Qeyd edək ki, HƏMAS-ın əlində hələ də 100-dən artıq girov var. Bu girovların azad olunması ilə bağlı danışıqlar nəticəsiz qalıb.

Poliqon.info