Minlərlə əcnəbi döyüşçü “Hizbullah”a qoşula bilər

Minlərlə yaraqlı Livana gəlib “Hizbullah”a qoşulmağa hazırdır...

Poliqon xəbər verir ki, Livandakı iranpərəst qruplar və Associated Press Agentliyi analitikləri xarici döyüşçülərin “Hizbullah”a qoşula biləcəyini bildiriblər.Bu barədə “Lebanon 24” portalı yazıb.

Məlumatda deyilir ki, Yaxın Şərqdə İranın dəstəklədiyi qruplardan minlərlə döyüşçü Livana gəlib “Hizbullah”a qoşulmağa hazırdır. Portal həmçinin Livan sərhədində hər gün atışmaların olduğunu bildirir.

Qeyd edək ki, iyun ayında Livan-İsrail sərhədində vəziyyət daha da pisləşib. Bu, İsrailin hava hücumunda “Hizbullah”ın yüksək rütbəli hərbi komandirinin öldürülməsindən sonraya təsadüf edib. Şiə təşkilatı cavab olaraq İsrailə yüzlərlə raket və partlayıcı qurğu atıb.

Poliqon.info