ABŞ-də atışma zamanı ölənlərin sayı dörd nəfərə çatıb

ABŞ-nin Arkanzas ştatında atışma zamanı ölənlərin sayı dörd nəfərə çatıb, daha doqquz nəfər yaralanıb...

“Report”un məlumatına görə, bu barədə CBS telekanalı ştatın polisinə istinadən xəbər yayıb.

"Cümə günü kütləvi atışmada dörd nəfər ölüb, doqquz nəfər yaralanıb", - telekanal bildirib. Qeyd edilir ki, zərərçəkənlər arasında iki polis var, onların həyatı üçün heç bir təhlükə yoxdur.

Xatırladaq ki, bundan əvvəl polis Fordays şəhərində ərzaq mağazasında atışma zamanı iki nəfərin ölməsi, səkkiz nəfərin yaralanması barədə bildirmişdi. Hücum edən şəxs ağır yaralanıb və saxlanılıb.

Poliqon.info