İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs həbs edilib 

Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb...

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir.

Poliqon.info