Ermənistanda məmurlara qarşı “cadugər ovu” başlayıb

Ermənistanda Barat Qalstanyanın başçılıq etdiyi etiraz aksiyalarında iştirak edən məmurları işdən çıxarırlar...

Poliqon xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, hökumət idarələrindən birinin rəhbəri mitinqlərdə 1-2 nəfər istisna olmaqla, bütün idarəsinin iştirak etdiyini aşkar edib. Qurumun rəhbəri onları çağıraraq, hakimiyyətin siyasəti ilə razılaşmadığı təqdirdə istefa məktubu yazmağı təklif edib və rədd cavabı alıb.

Nəşr qeyd edir ki, əməkdaşlar dövlət aparatının heç kimin mülkiyyəti olmadığını, mitinqlərdə iştirakın isə onların konstitusion hüququ olduğunu bildiriblər.

Poliqon.info