İsrail Xarici İşlər Nazirliyi Ermənistanın səfirini çağırıb

İsrail Xarici İşlər Nazirliyi Fələstini tanıdığına görə Ermənistan səfirini sərt şəkildə qınayıb...

İsrail Xarici İşlər Nazirliyi Ermənistanın bu ölkədəki səfirini Nazirliyə dəvət edib.

Poliqon xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin rusdilli Teleqram kanalında məlumat verilib.

Bəyanatda qeyd olunur ki, İrəvanın diplomatik missiyasının rəhbəri “şiddətli şəkildə xəbərdarlıq üçün” dəvət olunub. Buna səbəb Ermənistanın Fələstini suveren dövlət kimi tanıması olub.

İyunun 21-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyan edib ki, Ermənistan Fələstin Dövlətini tanımaq qərarına gəlib. Xarici İşlər Nazirliyinin nümayəndələrinin sözlərinə görə, bununla İrəvan beynəlxalq hüquqa və xalqların dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini təsdiqləyib.

Mesajda Ermənistan rəhbərliyinin hər zaman Fələstin məsələsinin sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanıb. İrəvan belə mövqe tutur ki, iki dövlət israillilərə və fələstinlilərə qanuni istəklərini həyata keçirə biləcək yeganə yoldur.

2024-cü ilin iyun ayına olan məlumata görə, Fələstin Dövləti BMT-yə üzv olan 193 ölkədən 140-dan çoxu tərəfindən tanınıb. Norveç, İspaniya və İrlandiya bunu ən sonuncu edənlər arasındadır. Onların qərarı mayın 28-də qüvvəyə minib.

Poliqon.info