Ermənistanın KTMT-dən çıxması qurumda mümüzakirə olunurmu?

Lavrov: Ermənistanın KTMT-dən çıxması proseduru Almatıda Nazirlər Şurasında müzakirə olunmayıb...

İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) öz üzvlərinə Ermənistanın çıxmasının mümkün nəticələrini müzakirə etmək üçün heç bir rəsmi sənəd göndərməyib.

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra jurnalistlərə bildirib.

Lavrov qeyd edib ki, Ermənistanın KTMT-dən çıxması proseduru assosiasiyaya üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirə olunmayıb, çünki müvafiq sorğu daxil olmayıb.

Poliqon.info