Ermənistan Fələstin dövlətini tanıdı

Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan Fələstin dövlətini tanıyır...

Ermənistan beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiq edərək, Fələstin Dövlətini tanıyır.

Poliqon xəbər verir ki, bu barədə Respublika Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Biz həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllinin tərəfdarı olmuşuq və İsrail-Fələstin münaqişəsinin həlli üçün iki dövlət prinsipini dəstəkləyirik. Biz əminik ki, bu, fələstinlilərin və israillilərin qanuni istəklərini həyata keçirə bilməsini təmin etməyin yeganə yoludur.

Yuxarıda göstərilənlərə əsaslanaraq və beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiq edərək, Ermənistan Respublikası Fələstin Dövlətini tanıyır”, deyə bəyanatda deyilir.

Poliqon.info