Tramp Baydenə qarşı debatda son söz söyləmək haqqı alıb

ABŞ tarixində ilk dəfə keçmiş və indiki prezidentlər arasında teledebatlar keçiriləcək...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evin hazırkı rəhbəri Co Baydenə qarşı keçiriləcək debatda yekun nitq söyləmək hüququ qazanıb. Tədbir gələn həftə baş tutacaq.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.

Natiqlərin çıxış sırası ilə bağlı qərar püşk atma üsulu ilə qəbul edilib. Baydenin komandası podiumun sağ tərəfini seçib. Bu o deməkdir ki, Tramp ekranlarda sol tərəfdə olacaq.

Bundan başqa ABŞ-ın keçmiş prezidentinin komandası yekun çıxışa üstünlük verib, Bayden isə debatın yekun hissəsində ilk çıxış edən tərəf olacaq.

Debat iyunun 27-nə təyin edilib. Bu, ABŞ tarixində indiki və keçmiş prezidentlər arasındakı ilk debat olacaq. Tədbir Atlantada baş tutacaq və CNN jurnalistlərinin aparıcılığı ilə 90 dəqiqə davam edəcək.

Poliqon.info