Sumqayıtda yol qəzası olub, ölən və xəsarət alanlar var

Bakı-Quba yolunda qəza baş verib, 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb...

"Report"un yerli bürosu məlumat verir ki, hadisə Sumqayıtda, “Yaşma bağları” adlanan ərazidə qeydə alınıb.

Yük avtomobilinin minik avtomobilinə çırpılması nəticəsində minik avtomobilində olan sərnişin, 1971-ci il təvəllüdlü Lalə Abduləli qızı Hüseynli hadisə yerində ölüb. Daha 2 nəfər - Mina Aslanova və Könül Babayeva xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info