AVRO-2024: Sloveniya - Serbiya matçında qalib müəyyənləşməyib - Yenilənib

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşü başa çatıb...

"Report" xəbər verir ki, qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

Görüşdə hesabı 69-cu dəqiqədə Yan Karniçnik açıb. 90+5-ci dəqiqədə isə Luka Yociç yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, bu qrupun digər oyununda Danimarka İngiltərə ilə qarşılaşacaq.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşündə hesab açılıb.

"Report" xəbər verir ki, 69-cu dəqiqədə sloveniyalılar hesabda önə çıxıb.

Yan Karniçnik adını tabloya yazdırıb.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşündə ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Münhen şəhərindəki "Alyans Arena"da gerçəkləşən C qrupunun oyununda hesab açılmayıb.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşündə ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, Münhen şəhərindəki "Alyans Arena"da davam edən C qrupunun oyununda ilk hissədən sonra hesab açılmayıb.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşü start götürüb.

"Report" xəbər verir ki, Münhen şəhərindəki "Alyans Arena"da başlayan C qrupunun oyununu rumıniyalı beynəlxalq dərəcəli hakim İştvan Kovaç idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Poliqon.info