Baş nazir: Sağlar seçkilərdə qalib gəlsə, Kiyevə yardım azaldacaq...

Fransada keçirilən parlament seçkilərində sağçı “Milli Bilik” partiyası qalib gəlsə, Parisdən Kiyevə hərbi və maliyyə yardımı xeyli azalacaq...

Poliqon xəbər verir ki, bunu Fransanın Baş naziri Qabriel Attal BFMTV telekanalının yayımladığı mətbuat konfransında deyib.

“Əgər “Milli Birlik” qalib gəlsə, Ukraynaya dəstəyin əhəmiyyətli bir hissəsi dayandırılacaq”, deyə baş nazir narahatlığını ifadə edib.

Qeyd edək ki, Avropa Parlamentinə keçirilən seçkiırdə hakim partiyanın məğlub olmasından sonra Fransa prezidenti Emmanuel Makron Milli Assambleyasının (parlamentin aşağı palatası) buraxıldığını, həmçinin növbədənkənar parlament seçkilərinin təyin olunduğunu bəyan edib. Birinci turun iyunun 30-na təyin edilib. İkinci tur iyulun 7-də baş tutacaq.

Poliqon.info