Vyetnam Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığa maraqlıdır

Vyetnam prezidenti müdafiə və təhlükəsizlik sahəsində Rusiya ilə əlaqələri inkişaf etdirmək planlarını açıqlayıb...

Rusiya və Vyetnam təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı artıracaq.

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bunu Vyetnam prezidenti To Lam Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra deyib.

“Biz müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı artıracaq və birlikdə yeni və ənənəvi çağırışlara qarşı mübarizə aparacağıq”, deyə Vyetnam prezidenti vurğulayıb.

Lamın sözlərinə görə, yazda keçirilən seçkilər nəticəsində Putin əhalinin böyük dəstəyini qazanıb ki, bu da insanların Rusiya prezidentinin seçdiyi kursa inamını göstərir və Vyetnam rəhbəri bu kursu “çox düzgün” adlandırıb.

Qeyd edək ki, Putin Vyetnama rəsmi səfəri çərçivəsində iyunun 19-da axşam gəlib.

Poliqon.info