Filadelfiyada atışma nəticəsində 7 nəfər yaralanıb

Filadelfiyada atışma nəticəsində biri yeniyetmə də daxil olmaqla 7 nəfər yaralanıb...

Amerikanın Filadelfiya şəhərində atışma nəticəsində 7 nəfər yaralanıb, yaralılar arasında bir yeniyetmə də var.

Poliqon xəbər verir ki, bu barədə “ABC Philadelphia” telekanalı məlumat yayıb.

“Polis çərşənbə gecəsi Şimali Filadelfiyada biri yeniyetmə də daxil olmaqla yeddi nəfərin güllələnməsindən sonra araşdırmaya başlayıb”, deyə telekanal bildirib.

Telekanalın məlumatına görə, iyunun 19-da yerli vaxtla saat 18:30-da üç atıcı odlu silahla yeddi nəfəri yaralayıb. Zərərçəkənlərin vəziyyəti stabildir. Polisin məlumatına görə, iki qadın ayağından, 16 yaşlı qız isə mədəsindən güllə yarası alıb.

Filadelfiya poliisi bildirib ki, hücum edənlər qəsdən camaata atəş açıblar amma kütlənin içindən kimsə onların nəzərdə tutulan hədəfi ola bilər.

Poliqon.info