Ukraynanın müxtəlif vilayətlərinə bir neçə enerji obyekti sıradan çıxıb

“Ukrenerqo” bir neçə regionda enerji obyektlərinə ziyan vurduğunu bildirib...

Ukraynanın enerji şirkəti “Ukrenerqo” Rusiyanın enerji infrastrukturu obyektlərinə endirdiyi zərbələrdən sonra dəyən ziyan barədə məlumat verib.

Poliqon xəbər verir ki, bu barədə şirkətin Telegram kanalında məlumat verilib.

Mesajda Vinnitsa, Dnepropetrovsk və Kiyev vilayətlərində, eləcə də Donetskdə Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərdə enerji infrastrukturlarının zədələndiyi bildirilir.

Xatırladaq ki, Rusiya silahlı qüvvələri 2022-ci ilin oktyabrında Krım körpüsündə baş verən partlayışdan az sonra Ukrayna infrastrukturuna zərbələr endirməyə başlayıb. O vaxtdan bəri Ukraynanın müxtəlif bölgələrində, tez-tez ölkə daxilində hava hücumu xəbərdarlığı mütəmadi olaraq elan edilir.

Poliqon.info