Stoltenberq: Rusiya ilə KXDR arasında razılaşma Qərbi daha da birləşdirməlidir...

Qərb Rusiyanın Şimali Koreyanın nüvə və raket proqramına dəstək verməsindən narahatdır...

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya və KXDR arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi Qərbi daha çox birləşməyə sövq etməlidir.

”Bu Tərəfdaşlıq Sazişi onların bir-birini necə dəstəklədiyini nümayiş etdirir. Rusiya, Şimali Koreya, Çin və İran daha çox birləşdiklərinə görə, bizim daha böyük birliyimiz olmalıdır”, deyə Stoltenberq Kanadaya səfəri zamanı bilidirib.

NATO-nun baş katibiəlavə edib ki, bu, indi həmişəkindən daha vacibdir.

Alyansın baş katibi qeyd edib ki, Qərb Rusiyanın KXDR-in nüvə və raket proqramına dəstək verməsindən narahatdır.

Qeyd edək ki, Rusiya prezidentinin KXDR-ə dövlət səfəri zamanı “Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi” imzalanıb. Sənəd iştirakçılardan birinə təcavüz halında yardım nəzərdə tutur.

Poliqon.info